Bu yolda 2 avtobus üz-üzə gələndə tıxac yaranır - VİDEO

Xətai rayonu, Seyid Əzim Şirvani 2A küçəsində aparılan təmir işləri nəticəsində əvvəl daha geniş olan yollar “cib”lər vasitəsilə daraldılıb. Bu isə nəqliyyatın hərəkətində çətinlik yaradır. Sürücülərlə yanaşı ərazidə yaşayan sakinlər də yaradılan vəziyyətdən narazıdırlar.
“Report”-un ərazidə keçirdiyi sorğu zamanı sürücülər yeni quraşdırılan “cib”lərin qəza vəziyyəti üçün şərait yaratmasından, sıxlıqdan, gecələr işıq sisteminin olmamasından şikayətləniblər.
Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a açıqlamasında yolların təmiri zamanı səki çıxıntılarından istifadə edildiyini bildirib:
“Səki çıxıntılarının bir sıra üstün cəhəti var. Önəm verdiyimiz məsələ piyada təhlükəsizliyidir. Küçənin daha çox piyada, ictimai nəqliyyat yönümlü olmasına diqqət yetirilir. İnsanların gecə saatları ilə narahatlığına gəldikdə isə qeyd edim ki, işlər hələ tam yekunlaşmayıb. Söhbət səki çıxıntıları və müəyyən olunmuş yerlərdə işıqqaytarıcı elementlərin quraşdırılmasından gedir”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












