Bu yollarda sıxlıq aradan qaldırıldı – VİDEO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin müdaxiləsindən sonra bu gün səhər saatlarında istər Babək prospektində, istərsə də Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azəryolservis”dən oxu.az-a verilən məlumata görə, artıq həmin ərazidə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.
“Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsində yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələbləri pozulmasa, vəziyyət yaxşılığa doğru dəyişəcək. Deməli, mühəndis yanaşması ilə nəinki həmin ərazidə, digər sıxlıq olan yerlərdə də vəziyyəti tənzimləmək olar. Belə nəticə hasil olur ki, hər şey hərəkətin təşkilindən çox asılıdır”, - deyə məlumatda vurğulanıb.
Məlumatda qeyd olunub ki, “Azəryolservis” yeni tikinti, yenidənqurma işləri ilə yanaşı, yaxın gələcəkdə paytaxt Bakı şəhərində hərəkətin tənzimlənməsi üçün müvafiq addımlar atacaq.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












