Budəfəki 2 günlük qadağa qərarında nələr var? - VİDEO
Gündəm
10 İyun 2020 13:24

Sakinlər 102-yə zəng etməklə olduqları yeri tərk edə bilər
Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması məqsədilə növbəti sərt karantin rejimi 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tətbiq olunacaq. Əvvəlki qapanmadan fərqli olaraq bu dəfə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı son günlər virusun yayılmasında artım müşahidə olunan Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları ərazisində də sərtləşdirilmiş karantin rejimi olacaq.
Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən bərpa olunacaq.
Qeyd edək ki, Azərbaycanda bu günədək “COVID-19” testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, 98 nəfər, ölüb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
HİT.Az “Qafqazinfo”nun bu qadağalarla bağlı hazırladığı videoçarxı təqdim edir:
Oxunub : 3436
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ











