Bulvar ərazisinin bir hissəsi niyə çəpərlənib? – RƏSMİ AÇIQLAMA - FOTO

Bakıdakı Dənizkənarı Bulvarın bir hissəsi hasarlanaraq hərəkət məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, xüsusilə velosiped zolaqlarına giriş tamamilə qadağan edilməsi bu nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Sakinlər bildirirlər ki, bu ərazidə hərəkət azadlığının məhdudlaşdırılması, xüsusilə də velosiped sürənlər üçün əlavə çətinliklər yaradır. İddialara görə, bu məhdudiyyətlər “Formula-1” yarışları ilə əlaqədardır. Lakin qeyd edək ki, yarış sentyabr ayının ortalarında keçiriləcək. Bu səbəbdən də insanlar indidən belə tədbirlərin görülməsini məntiqsiz hesab edirlər.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva saytımıza açıqlamasında bildirib ki, “Formula-1” yarışlarının keçirildiyi Neftçilər prospektinə paralel, velosiped zolaqlarının olduğu yolkənarı hissədəki 2 nöqtədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən tribunaların quraşdırılmasına hazırlıq işlərinə başlanıb:

“Hazırlıq işləri çərçivəsində əraziyə avadanlıq və materiallar gətirilib və bu səbəbdən qeyd edilən hissələr Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən haşiyəyə alınıb”.
Eltac Zülfüqaroğlu
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












