Bütün bulvar boyunca maarifləndirici bilbordlar yerləşdirilib - FOTO

Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. "MediaPost"un məlumatına görə, bu gündən bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib.

Onların yarısı insanları məsuliyyətli olmağa çağıran Evdə Qal! xəbərdaredici bilbordlarıdı. Yarısında isə maarifləndirici məlumatlar əks olunub. Bu bilbordlarda koronavirusun ilkin simptomları barədə məlumat verilir. Virusdan qorunmaq üçün sadə gigiyenik qaydalar, tibbi maska və digər tibbi ləvazimatlardan istifadə qaydaları izah olunur. Bilbordlarda küçədə davranış üzrə təlimatlar da yer alıb.

Evdə qal! çağırışı ilə olan bilbordlar əsasən nəqliyyat vasitələrinin gur axını olan yerlərdə yerləşdirilib. Harada ki, sürücülər bu çağırışları sükan arxasından aydın görə biləcələr. Təlimatlar olan bilbordlar isə əsasən piyada keçidləri üzərində və avtobus dayancaqları istiqamətində yerləşdirilib. Vətəndaşlar dayanacaqda olarkən, ya da keçiddən keçmək istəyərkən məlumatları oxuya biləcəklər.

Ümumilikdə bulvarın ən birinci avtomobil girişindən ən sonuncu piyada keçidinə qədər bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə xəbərdaredici və ya təlimatlandırıcı olmaqla ümumilikdə 34 bilbord yerləşdirilib.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












