"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin axınını tənzimləmək üçün xəttə buraxılan avtobusların sayını artırmaqla metronu əvəz edən ekspres marşrutları xəttə buraxıb. Lakin yenə də, müəyyən saatlarda avtobus salonlarında sıxlıqlar müşahidə olunur. Bəs bunun əsas səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtobuslar arasında intervalları azaltmaqla və xəttə əlavə avtobuslar buraxmaqla ictimai nəqliyyatdakı yükü bir qədər azaltmaq olar: "Lakin bu da problemi tamamilə aradan qaldırmır. Sıxlıqların yaranmasına səbəb olan ən vacib amillərdən biri metronun bağlanmasıdır. İctimai nəqliyyat sektoru biri digərini tənzimləyən və balanslaşdıran canlı orqanizm kimidir. Burada metro bağlanırsa, digər nəqliyyat növünün sərnişindaşıma üzrə yükü artır".

Ekspert zaman-zaman müraciətlər edərək vətəndaşları zərurət olmadıqca evdən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırdıqlarını, lakin bu çağırışlara əməl etməyənlərin olduğunu bildirir: "Xatırlayırsınızsa, insanlar bir dönəm təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Bunun bir səbəbi sürücülərdə olan eqoizm hissi idi. İndi pandemiya şəraitində nəqliyyatda süni sıxlıqlar yaradan, eləcə də qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərin bu hərəkətinin qarşısını ictimai qınaqla almaq çətindir. Qaydalara əməl olunması üçün yüksək məbləğdə cərimələrin tətbiq də cəmiyyət tərəfindən arzuolunan deyil. Sosial-maddi problemlər cərimələrin yüksək məbləğdə müəyyən olunmasına imkan vermir. Buna görə də, vətəndaşların özləri sosial məsuliyyətlərini dərk etməli, qaydalara əməl etməli və mümkün qədər ictimai nəqliyyatdan az istifadə etməlidirlər".
"Metro açılan zaman burada sıxlıqlar yaranır və yoluxma riski artır. Metro bağlandıqdan sonra isə sərnişinlər avtobuslara yönəlir ki, bu da avtobus şəbəkəsinin yükünü artırır. Fikrimcə, bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır və metronunun bağlaması yanlış qərar idi. Nəqliyyatın yükü bütün ictimai nəqliyyat arasında proporsional bölünməlidir", -deyə ekspert əlavə edib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












