“Xalqın və dövlətin cibinə girmiş bütün əllər qandallanacaq” - Deputat

Korrupsioner məmurlara qarşı genişlənən mübarizə cəmiyyətdə ciddi dəstək qazandı. Bu proses çərçivəsində bir sıra məmurlar-icra başçıları, İcra Hakimiyyətində çalışan digər vəzifəli şəxslər, nazir müavinləri həbs olundu. Maraqlıdır, xalqı narazı salan rüşvətxor məmurların cəzalandırılması davam edəcəkmi?
Avtosfer.az xəbər verir ki, bu barədə Deputat Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında deyib ki, rüşvət və korrupsiya ilə mübarizə kampaniya xarakteri daşımır: “2018-ci ildə andiçmə mərasimində Prezident İlham Əliyev islahatların anonsunu verdi. 2019-cu il əməli islahatlar ili oldu və proses bu gün də davam edir. İslahatlar yalnız kadr və struktur istiqamətlərini əhatələmir. Bürokratik düşüncə və yanaşmalar islah olunur. Cənab Prezidentin tələbi kifayət qədər aydındır, rüşvətsiz, korrupsiyasız cəmiyyət və dövlət. Təbii ki, ən ali səviyyədə müstəqil siyasi iradə var, ən vacibi isə ölkədə bu iradəyə qarşı gələ biləcək güc yoxdur, xalq yekdil formada İlham Əliyev siyasətini, islahatlar xəttini dəstəkləyir. Lakin gözdən yayınaraq öz çirkin əməllərini davam etdirən, əvvəlki dövrlərdəki kimi barələrindəki şikayət məktublarını dövlət başçısından gizlədiləcəyinə ümid edən şəxslər var ki, onların da aqibətini görürsünüz və görəcəksiniz də. Bilməliyik ki, rüşvət və korrupsiya ilə mübarizə müddətli kampaniya deyil. Bu islahatlar dalğasıdır, nə qədər ki, İlham Əliyev siyasəti var, bu mübarizə davam edəcək. Həm də dövlət aparatı korrupsionerlərdən təmizləndikcə bu mübarizə daha da güclənəcək. Ötən bir ilin büdcə performansı da onu deməyə əsas verir ki, inkişaf və tərəqqi məhz başlanan islahatlardadır. Ona görə də heç kim, heç bir məmur ümid etməməlidir ki, islahatlar və korrupsiya ilə mübarizə prosesi nə vaxtsa dayanacaq. Yaxud heç bir məmur ümid etməməlidir ki, çirkin fəaliyyətini müvəqqəti olaraq dayandırmaqla canını ədalət mühakiməsindən qurtara biləcək. Əmin ola bilərsiniz ki, araşdırma yalnız indini və gələcəyi əhatə etməklə qalmayacaq, həm də yaxın keçmişin müəyyən qatlarına qədər irəliləyəcək, bu illər ərzində xalqın və dövlətin cibinə girmiş bütün əllər qandallanacaq”.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO








