Çay kənarında dincələn qızlara polislərin kobud müdaxiləsi - VİDEO

Sosial şəbəkələrdə polislərin çay kənarında dincələn qızlara sərt şəkildə müdaxilə etməsi ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Surqut şəhərində baş verib. Yol Patrul Xidmətinin əməkdaşları çay kənarında dincələn qızlara yaxınlaşaraq onlarla getməyi təklif edib. Video müəllifinin sözlərinə görə, hara gediləcəyi barədə bir söz deyilməyib. Bundan başqa, onlara sənəd də təqdim olunmayıb.
Qızlar ərazini tərk etmək istəyərkən polislər onların qarşısını kəsib. Qızlardan birinin qolundan tutaraq yerə yıxıblar. Kadrlarda müstəntiqin dizi ilə köməksiz qızın boğazını necə sıxdığı və qızın ağzından qan gəldiyi görünür.
Digər hüquq mühafizəçisi də ikinci qızı yıxmaq istəyərkən buna nail ola bilməyib. Yoldan keçənlər yaxınlaşaraq öz qəzəblərini bildiriblər və qadınları buraxmağı tələb ediblər.
Asayiş keşikçiləri saxlanılan qızları avtomobilə basaraq şəhər polis idarəsinə aparıblar.
Videonun müəllifi rəfiqəsinə tibbi yardım lazım olduğunu bildirib. Hazırda onlar polis şöbəsindədirlər.
Qızların sözlərinə görə, şöbədə polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmək maddəsi ilə protokol yazılacağı və 15 sutka həbsə salınacaqları ilə hədələniblər.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












