Cəbhə bölgəsində sərxoş sürücü maşını ağaca çırpdı - FOTO

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Gülməmmədov Nizami Rəhim oğlu evlərinə qonaq gələn tanışının "Mercedes 190" markalı maşınını sürərkən onu qəsəbədə daxili yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar. Yaralılar Quzanlı qəsəbindəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər. Həkimlərin sözlərinə görə, hər iki yaralının vəziyəti ağırdır. Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
İlkin məlumata görə, avtomaşını idarə edən şəxs sərxoş halda olub və bu səbəbdən də idarəetməni itirib.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!













