Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var

Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.
ANAMA-nın Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb.
Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.
***12:18
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












