Cəlal İsayev: "Belə davam etsə süni nəfəs aparatları çatmayacaq"

“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”. Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, koronavirus bu gün aqressivləşib: “Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus adətən yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”.
C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmaq qeyri-mümkündür: “Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyi təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının, vətəndaşlıq borcu xətrinə əməl etsin”. (“Report”)
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA











