Cəlilabad polisi aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər

Cəlilabad polisi aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı həm də xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər.
Həmin sakinlərə baş çəkib, onları sevindiriblər. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














