Cəlilabadda “014”dən narkotik vasitə və psixatrop maddə aşkarlanıb - FOTO

Cəlilabadda avtomobildən narkotik vasitə və psixatrop maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov Cəlilabad rayonunun Alar kəndi ərazisində idarə etdiyi “VAZ 21014” markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, 1 bağlamada çəkisi 800 qram olan psixatrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Namiq Musayev

Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












