Cəlilabadda 6 yaşayış evdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində silsilə oğurluqlar törədən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın nakotik vasitə heroin aşkarlanıb.
K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












