Cəlilabadda narkotacirlər saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sabirabad kənd sakini, əvvəllər məhkum olunmuş V. Şahbazov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı bir bükümüdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Z.Ağayevdən aldığı müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Z.Məmmədov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 3 qram narkotik vasitə heroin aşkarlanıb. Davam edən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satan şəxsin rayonun Abdullu kənd sakini M.Nəziyev olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. M.Nəziyevin üzərindən və yaşadığı evdən ümumilikdə 77 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












