Cəlilabadda tarixi abidəyə müdaxilənin qarşısı alınıb - FOTO

Cəlilabad rayonunda yerləşən, yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
O bildirib ki, Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən “Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub:
“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb”.
Qeyd edək ki, hündür təpə üzərində yerləşən “Qazan köşkü” abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb.
Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid “Qazan köşkü” müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












