Cənubi Koreyada kimyəvi zavodda yanğın: azı 36 yaralı

Cənubi Koreyada “Lotte Chemical” şirkətinə məxsus kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində azı 36 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident Çhunçhon-Namdo əyalətinin Sosan şəhərində qeydə alınıb. Bu barədə martın 4-də “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın ötən gün axşam saatlarında zavodun neft destilləmə bölməsində başlayıb. Alovlar, 38 yanğınsöndürmə briqadasının köməkliyi ilə təxminə iki saat sonra söndürülüb.
Təhlükəli kimyəvi maddələrin sızması riskinin olmadığı bildirilir.
Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan iksinin vəziyyətinin ağır olduğu deyilir. Ölənlərin olub-olmadığı barədə məlumat verilmir. Hazırda zavodun böyük hissəsi bağlanıb.
Hadisə yerində müstəntiqlər və şirkətin idarəetmə nümayəndələri işləyir.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












