Ceyhun Bayramov: "Postmünaqişə mərhələsinə qədəm qoymuşuq"

“Azərbaycan otuz ilə yaxındır əsas diqqəti danışıqlara yönəltməklə Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaldacağına ümid edirdi. Azərbaycan bu münaqişənin artmasına yol verməmək, haqqın səsini beynəlxalq birlik tərəfindən duyulması üçün səy göstərib”.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramovun “TRT Deutsch” tərəfindən dərc olunmuş yazısında bildirilir.
“2020-ci ilin 10 noyabr günü Azərbaycan, Ermənistan, bütün Qafqaz regionu tarixində yeni fəsil başladı. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən silahlı münaqişəyə son qoydu. Bu bəyanatın icrası bütün döyüşlərin dayandırılmasına, işğal olunmuş bölgələrin Azərbaycana qaytarılmasına gətirib çıxarıb. Bəyanatda həmçinin məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını nəzərdə tutan mühüm müddəa da var”, - deyə yazıda qeyd olunur.
Müəllifə görə, bu razılaşma regionda yeni reallıq və əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Razılaşmanın icrasına Rusiya və Türkiyənin töhfələri xüsusilə diqqətəlayiqdir. Bu qonşu dövlətlərin mühüm rol oynayaraq zəmanətçi olduqları həmin razılaşmanın yerinə yetirilməsi Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitliyi təmin edəcək. Azərbaycan münaqişə bölgələrində olan erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına yenidən qovuşdurmaq, bütün vətəndaşlarına etnik mənsubiyyəti və dini etiqadına baxmayaraq, eyni hüquq və azadlıqlar təmin etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası bunun üçün möhkəm hüquqi zəmindir.
Artıq yeni postmünaqişə mərhələsinə, yenidənqurma və bərpa, dinc qonşuluğun bərpası mərhələsinə qədəm qoymuşuq. Bu da inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır”. (“Report”)
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












