Ceyhun Bayramov: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq"

Təhsil naziri Ceyhun Bayramov bu il XI sinifləri bitirən məzunları “Son Zəng” münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Bilirik ki, bu günü səbrsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir.
Bu tədris ilinin ikinci yarımilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən, müəllimlər isə şagirdlərindən ayrı düşməli oldular. Bilirik ki, məktəb hər bir şagird və müəllim üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı.
Fürsətdən istifadə edərək pandemiya şəraitində təhsil prosesinin fəsiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərimizə öz dərin təşəkkürümü bildirmək istərdim. Öz şəxsi qayğılarını unudaraq televiziya vasitəsilə evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar.
Bu dövr valideynlər üçün də bir sınaq oldu. Min bir əziyyətə qatlaşaraq evdə şagirdlərə müəllimlik etdiklərinə, onların hər bir qayğısına böyük səbrlə yanaşdıqlarına görə hörmətli valideynlərimizə xüsusi təşəkkür edirəm.
Əziz məzunlar, sizi bir daha ürəkdən təbrik edirəm, həyatınızın yeni mərhələsində uğurlar arzu etmək istərdim. Yolunuz açıq olsun!”.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












