Çimərlik mövsümü açılır, yeni qadağalar məlum oldu

Türkiyədə iyunun 1-dən parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklər rəsmi olaraq açılacaq. Fəaliyyətini bərpa edəcək həmin müəssisələr yeni qaydalarla işləyəcək.
Bildirilib ki, Konyaaltı rayonunda yerləşən, uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra yeni şəraitdə fəaliyyətə başlayıb.
Məlumata görə, bir ailə doqquz kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək. Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalmalı və dezinfeksiya edilməlidir. Turistlərə öz məhrabalarında günəş vannası qəbul etmək və istədikləri yerdə dincəlmək qadağan olunacaq. Bundan sonra çimərlikdə siqaret çəkmək qadağandır. Çünki xidmətçilərin səhhəti üçün siqaretlərin qalığını təmizləmək əlavə risk sayılır. Qəlyan çəkmək də qadağalar siyahısına düşüb.
İcazə verilmiş su idmanı məlum deyil. Ancaq dəniz gəzintisinə icazə veriləcək.
Türkiyədə antikoronavirus sertifikatlaşmasından keçən otellərin iyundan fəaliyyətə başlamasına icazə verilsə də, işə başlamaqla bağlı son sözü sahibkarlar deyəcək. Beynəlxalq hava reysləri mərhələli şəkildə bərpa olunacaq. Əvvəlcədən dərc edilən qrafika əsasən, Rusiyadan olan reyslər iyulun 15-dən qəbul ediləcək. (“Report”)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












