Çimərliklər və parklar bağlanır

Havay adalarında (ABŞ) koronavirus infeksiyası ilə xəstələnənlərin sayı yenidən artmağa başlayıb. Bu barədə “Travel and Leisure” xəbər verib. Pandemiya dövründə bu Amerika ştatında koronavirusa 3600 yoluxma halı qeydə alınıb, onlardan 231-ötən həftəsonu. Bu səbəbdən ştatın qubernatoru Devid İqe adalar arasında səyahət etmək üçün məcburi karantini bərpa edib. Daha əvvəl o, aprelin 1-dən iyunun 16-dək Kauai, Maui və Kalavaoya səfər edənlər üçün tətbiq edilmişdi. “Biz Oahuda COVID-19 hallarının artması səbəbindən qonşu adaların sakinlərini qorumalıyıq”, - deyə məmur bildirib.
Honolulu şəhərinin yerləşdiyi Oahu adasına səfər edərkən iki həftəlik özünütəcridə riayət etmək lazım deyil. Lakin orada bir neçə gün əvvəl parklar, çimərliklər bağlanıb, attraksionların və əyləncə mərkəzlərinin işi dayandırılıb. 10-dan çox adam qrup halında toplaşa bilməz. İctimai yerlərdə yerli sakinlər və turistlər maska taxmalı və sosial məsafəyə riayət etməlidirlər. (“Qafqazinfo”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












