Çin ABŞ-dan Baş Konsulluğunun bağlanmasını istədi

Çinin Xarici İşlər Nazirliyi ABŞ-dan Çendu şəhərində yerləşən Baş Konsulluğunun bağlanmasını tələb edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin cümə günü yaydığı bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, ABŞ iyulun 21-də “birtərəfli qaydada təxribat həyata keçirib”, Hyustondakı Çin Baş Konsulluğunun bağlanmasını Çindən “kəskin şəkildə tələb edib”:
“ABŞ-ın bu addımı beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas prinsiplərinin və konsulluq müqaviləsinin ciddi şəkildə pozulmasıdır… Çin tərəfindən görülən tədbirlər ABŞ-ın haqsız hərəkətlərinə qanuni və zəruri cavabdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Çinin Hyustondakı Baş Konsulluğunun 72 saat ərzində bağlanmasını tələb etmişdi.
“Associated Press” ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən daha əvvəl bildirmişdi ki, Vaşinqton Çin hökumətinin mümkün qisas almasının qarşısını almaq üçün Uhandakı ABŞ konsulluğunu açmamaq qərarına gəlmişdi. ABŞ-ın Uhandakı ofisinin fəaliyyəti yanvar ayında yeni koronavirusun yayılmasına görə dayandırılmışdı.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












