Çin araşdırma üçün Marsa ilk zondunu buraxıb

Çin Marsın araşdırılması məqsədilə “Tianwen-1” (“Səmaya suallar -1”) adlı ilk zondunu səmaya buraxıb.
Avtosfer.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, buraxılış Haynan adasındakı “Vençan” kosmodromundan, “Çanjen-5” raket daşıyıcısı vasitəsilə edilib.
İlkin hesablamalara görə, zondun planetin səthinə çatması üçün yeddi ay lazım olacaq, missiya uğurlu olarsa, zond alınan məlumatları 2021-ci ildə Yerə göndərəcək.
Xatırladaq ki, aprel ayında Çin Marsı araşdırmaq üçün ilk missiyaya hazırlığın başladığını elan etmişdi. Planlaşdırılan missiyaya Marsın orbitinə çıxma və orada fırlanma, Qırmızı planetin səthinə enmə və orada hərəkət daxildir. Missiya uğurlu olarsa, alimlər planetin atmosferin, relyefini, geoloji xüsusiyyətlərini, maqnit sahəsinin xüsusiyyətlərini öyrənə biləcəklər ki, bu da Marsın və bütün günəş sisteminin yaranması və təkamülü haqqında bilgilər əldə etməyə kömək edəcək.
Eyni zamanda, missiyanın əsas məqsədi Marsda mümkün həyat əlamətlərini tapmaq, habelə alimlərə bu planetdəki vəziyyətin gələcəkdə insan həyatına uyğun olacaq şəkildə dəyişə bilib-bilməyəcəyini anlamaqda kömək etməkdir.
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO











