Çin Uhanda karantin rejimini ləğv edir

Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb.
Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.
Qeyd edək ki, Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 195 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 381 761-ə çatıb. Bunların 102 429 nəfəri sağalıb, 16 558 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












