Çin və BƏƏ peyvənd sınaqlarının son mərhələsinə başlayır

Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin mütəxəssisləri koronavirus peyvəndinin sınaqlarının 3-cü mərhələsinə başlayıb. Abu Dabi şirkəti "G42" və Çin şirkəti "Sinopharm CNBG" Abu Dabi Səhiyyə İdarəsi və Səhiyyə Nazirliyinin rəhbərliyi altında peyvənd sınaqlarının sonuncu mərhələsinə başlayıb. "Bu ortaqlıq, Abu Dabidə istehsal ediləcəyini nəzərə alaraq peyvəndin BƏƏ sakinlərinə daha tez çatdırılmasına kömək edəcək",-deyə "G42" şirkətinin açıqlamasına bildirilib.
Xatırladaq ki, iyun ayında "Sinopharm CNBG" şirkətinin BƏƏ-də peyvənd sınaqlarının üçüncü mərhələsini keçirəcəyi bildirilmişdi.
Daha sonra isə şirkət inkişaf etdirdiyi iki koronavirus peyvəndinin uğurlu nəticələr göstərdiyini açıqlayıb.
Qeyd edək ki, koronavirusa qarşı səkkiz vaksin prototipinin hazırlandığı Çin hazırda bu sahədə birinci yerdədir. ("Qafqazinfo" )
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












