Çində daha 6 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 2 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb. Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, müalicə alan 14 nəfər xəstəxanadan evə buraxılıb.
Bununla da Çində 83 587 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.
Hazırda xəstəxanalarda 330 pasiyent müalicə alır. Onlardan 71-i simptomsuz xəstədir.
Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












