Çində daha bir təhlükəli epidemiya yayılır

Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.
Bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib.
Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.
Avqustun 6-da Daxili Monqolustan administrasiyası Baotou şəhərində bir insanın bağırsaq taunu formasından ölümü haqqında məlumat verib. Xəstəliyin yayılmasının qarşısını almamaq üçün həkimlər vəbaya yoluxmuş şəxslə əlaqədə olmuş onlarla sakini təcrid ediblər.
Qeyd edək ki, epidemiologiyaya nəzarət orqanları vaxtaşırı Çin Xalq Respublikasının şimalında, həmçinin qonşu Monqolustanda çöl zonasında taun xəstəliyinə yoluxma hallarını qeydə alır. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












