Çində koronavirus əleyhinə peyvənd üçün ilk dəfə patent hüququ verilib

Çin Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət İdarəsi Hərbi Tibb Elmlər Akademiyasına və “CanSino” Bioloji Akademiyasına koronavirus (COVID-19) əleyinə peyvəndi üçün ilk dəfə olaraq patent hüququ verib. Bu barədə idarənin saytında dərc edilmiş sənəddə əks olunub.
İyun ayının əvvəlində “Ad5-nCoV” peyvəndinin bir il müddətinə ölkədə hərbi istifadəsi üçün xüsusi icazə alınıb.
Bildirilib ki, siçan və donuzlar üzərində aparılmış tədqiqatın nəticələrinə görə, peyvənd qısa müddətdə orqanizmdə hüceyrələrin intensiv immun reaksiya verməsinə imkan verir.
Nəticədə 14 gün sonra “nCoV” ağciyər toxumasının daxilində olan virus yükü əhəmiyyətli dərəcədə azalır.
Bundan əlavə, peyvəndin asan və tez hazırlanması qeyd olunur ki, bu da vaksinin qısa müddətdə kütləvi istehsal olunmasına imkan verəcək. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












