Çində koronavirusa yoluxaraq dərisinin rəngi dəyişən həkimlərdən biri ölüb

Çində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxaraq dərisinin rəngi dəyişən həkimlərdən biri vəfat edib. Uroloq Hu Veifenq bu gün səhər saatlarında ölüb.
Hu Veifenq Uhan şəhərində pandemiyanın meydana çıxdığı ilk aylarda COVID-19-a yoluxan xəstələri müalicə edən həkimlərdən biri olub.
Son dörd ay ərzində doktor Hu Veifenq reanimasiyada olub. Aprel ayında onun səhhəti yaxşılaşsa da, daha sonra pisləşib.
Hu Veifenq Uhan Mərkəzi Xəstəxanasında koronavirusdan ölən 6 həkimdən biridir.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Uhanda koronavirusa yoluxaraq müalicə olunan iki həkimin - kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rənginin dəyişdiyini göstərən fotolar yayılıb.
Mütəxəssislər buna səbəb kimi virusun qaraciyəri zədələməsini göstərib və bildiriblər ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib. (APA)
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












