Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb - VİDEO

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb. Belə ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından üç gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.
Müxtəlif yüklərin daşındığı qırx futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Daha sonra konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb.
Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 18 saata (normativ 24 saat), yəni 6 saat tez qət edib. Konteynerlərin Axalkalakidə aşırılmasına 11 saat (normativ 24 saat), Qarsda aşırılmasına isə 4 saat (normativ 24 saat) vaxt sərf edilib. Konteyner qatarı Qarsdan İstanbula 53 saata çatdırılıb. Bu isə normativdən 43 saat tez deməkdir. (Trend)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












