COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir

Hindistanın “Bharat Biotech” şirkəti tərəfindən ərsəyə gətirilən koronavirusa qarşı Covaxin adlı peyvənd dərmanının klinik sınaqlarının birinci mərhələsi uğurla keçir. Sınaqlar 12 şəhərdə bütövlükdə 375 könüllü üzərində aparılır. Paytaxt Nyu-Dehli yaxınlığındakı Rohtak şəhərində yerləşən tibb institutunda keçirilən tədqiqatların rəhbəri Savita Verma bildirib ki, dərman təhlükəsizdir: "Biz könüllülərin heç birində hər hansı mənfi əlamət müşahidə etməmişik”.
Onun sözlərinə görə, bundan sonra könüllülərə ikinci doza verilərkən dərmanın immun sisteminə təsirini yoxlamaq üçün qan nümunələri toplanacaq. Sınaqların ilk mərhələsinin ayın sonunda yekunlaşacağı bildirilir.
Qeyd edək ki, Hindistanın koronavirusa qarşı ilk peyvənd dərmanı olan Covaxin “Bharat Biotech” şirkəti ilə Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) tərəfindən Pune şəhərindəki Milli Virusologiya İnstitutunda birgə yaradılıb. Sınaqlar uğurla başa çatsa, dərmanı gələn ilin birinci yarısından kütləvi istehsal etmək nəzərdə tutulur. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












