COVID-19-a qarşı peyvəndin sınaqları müvəffəqiyyətlə keçib

Oksford Universitetində Böyük Britaniya-İsveç əczaçılıq şirkəti - “AstraZeneca”nın dəstəyi ilə dövlət vəsaiti hesabına hazırlanmış COVID-19 virusuna qarşı peyvəndin sınaqlarında müsbət nəticələr əldə edilib.
Yeni dərmanın immun gücünü artırdığı məlum olub.
Mötəbər mənbənin dediyinə görə, bu dərmanın səmərəsi bir çox digərlərindən fərqli olaraq anticisimlərin və limfositlərin (T-hüceyrələrinin) təsir gücünə əsaslanır. Bununla belə immun gücünün artırılması baxımdan məhz limfositlərin daha çox əhəmiyyət daşıdığı bildirilir.
Yeni dərmanın nə qədər səmərəli olduğu hazırda koronavirusun daha çox vüsət aldığı Braziliyada keçirilən üçüncü mərhələ sınaqlarında bəlli olacaq. Sınaqlar uğurla başa çatarsa, dərmanın sentyabr ayından kütləvi istehsalına başlana biləcəyi qeyd olunur. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











