COVID-19: "Avropada vəziyyət pisləşir"

“Yoluxma misli görünməmiş dərəcədə artır”. Fransa Səhiyyə Nazirliyinin rəhbərliyi son 24 saat ərzində qeydə alınan yoluxanların sayını belə xarakterizə edib. Yeni aşkarlanan virusdaşıyıcılarının sayı 1700-ə yaxınlaşıb. Hakimiyyət orqanları bütün tədbirləri görürlər ki, təkrar karantin tətbiq etmək lazım gəlməsin. Lakin bu səylər davam edən epidemiyanın miqyasına hələ ki, təsir etmir.
Bütün kurort şəhərlərində məcburi maska taxılması tətbiq edilib, Paris meriyası da oxşar qərarları qəbul etməlidir: sakinləri arasında populyar məhəllələrdə və Sena çayı sahillərində sosial məsafənin saxlanmasına az adam riayət edir.
Qonşu İspaniyada da vəziyyət analojidir, burada da yoluxanların sayı iki ay bundan əvvəl izolyasiya tədbirlərinin götürüldüyü andan rekord səviyyəyə çatıb.
İberiya krallığının paytaxt regionunda sanitar-epidemioloji vəziyyət və Balear adalarında baş verənlər daha çox narahatlıq doğurur.
Böyük Britaniya ötən həftə İspaniyadan qayıdanlar üçün məcburi karantin tətbiq edib. Lakin tədbirlər regional səviyyələrdə də görülür.
Lesterdə qüvvədə olan karantinin ardınca iki həftə ərzində analoji məhdudiyyətlər Şotlandiyanın Aberdin şəhərinin sakinləri üçün reallığa çevriləcək.
Almaniyada COVID-19-a yoluxanların sayının 214 mini keçib. Burada federal hakimiyyət virusun geniş yayıldığı ölkələrdən qayıdan bütün səyahətçilərin üzərinə virusdaşıyıcılığın yoxlanması üçün analiz vermək öhdəliyi qoyub. Bundan başqa, hakimiyyət orqanları Belçikaya bütün səfərləri təxirə salmağı xahiş edir, çünki Antverpendə COVID-19 epidemiyasının geniş ocağı əmələ gəlib. (AZƏRTAC)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










