COVID-19-dan sağalanların keçəlləşməsi iddiasına həkimdən cavab gəldi

“COVID-19-dan sağalanların keçəlləşməsi barədə deyilənlər fərziyyədir. Koronavirus insanın xarici görünüşündə heç bir iz qoymur”.
Avtosfer.az xəbər verir ki, “Zvezda” telekanalının verdiyi məlumata görə, bunu Rusiyanın ali kateqoriyalı terapevti Yelena Karyakina koronavirusun saç tökülməsinə təsiri ilə bağlı deyilənləri şərh edərkən bildirib.
Y.Karyakinanın sözlərinə görə, görünüşdəki dəyişikliklər yalnız o halda mümkündür ki, xəstələr infeksiyaya yoluxmazdan əvvəl digər xəstəliklərdən əziyyət çəkmiş olsunlar:
“Koronavirusun fonunda xroniki xəstəliklər kəskinləşə və müəyyən dərəcədə xəstənin sağlamlığında pisləşməyə, o cümlədən, bəzi xarici dəyişikliklərə səbəb ola bilər”, - deyə həkim izah edib.
Bundan əvvəl mediada COVID-19-dan sağalanların şiddətli saç tökülməsindən əziyyət çəkdikləri barədə xəbər yayılmışdı.
“The Sun”ın məlumatına görə, sosial şəbəkələrdə və mütəxəssislərin qəbulunda insanlar sağalandan sonra yaranan keçəlləşmədən şikayət edirlər.
Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri - temperaturun artması ilə əlaqələndirilə bilər.
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO












