COVID-19 Meksikada 14 053 nəfərin ölümünə səbəb oldu

Meksikada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 354 nəfər artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin direktoru Xose Luis Alomia bildirib.
O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 14 053 nəfərə çatıb. Ölkədə virusa 2 999 yeni yoluxma aşkarlanıb.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkar edilib. Hazırda virusa yoluxanların ümumi sayı 120 102 nəfərə çatıb. Onlardan 18 416 nəfəri hazırda aktiv koronavirus xəstəsidir.
Virusa ən çox yoluxma Mexiko şəhərində qeydə alınıb. Burada 3 973 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Mexiko ştatında bu rəqəm 2 153 təşkil edir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












