COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Onun sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan elmi tədqiqatlar həyata keçirilib. Azərbaycanlı alim bildirib ki, sözügedən elmi tədqiqatlardan ən mühümü də Almaniyada virusa yoluxan və virusu yüngül keçirən şəxslər üzərində aparılıb:
"Elmi tədqiqatla COVID-19-u yüngül simptomlu keçirən xəstələrin ürəyində virusun təsirindən müxtəlif patoloji dəyişikliklər aşkarlanıb. Elmi tədqiqat virusa yoluxduqdan ortalama olaraq 71 gün sonra 100 xəstə üzərində aparılıb. Tədqiqata daxil edilən şəxslərin 60 faizinin ürək əzələlərində iltihab prosesinin müxtəlif mərhələsində olan dəyişikliklər öz əksini tapıb. Tədqiqatla bir daha sübut olunub ki, COVID-19 virusu insanlarda xəstəliyin ağır keçməsindən və yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ürəkdə fəsadlar əmələ gətirə bilir. Bir daha qeyd etmək istəyirəm ki, tədqiqatda qeyd olunub ki, yanaşı xəstəliklərin olmasından asılı olmayaraq COVID-19 virusu ürəkdə uzunmüddətli fəsadlar yaradır".
N.Abdullayev qeyd edib ki, tədqiqata daxil edilən koronavirus xəstələrindən 67 nəfəri yüngül simptomlarla ev şəraitində müalicə olunub:
"18 xəstədə kəskin mərhələdə heç bir şikayət qeydə alınmayıb. Cəmi iki xəstə süni tənəffüs cihazına qoşulub. 28 xəstənin isə əlavə oksigen qəbuluna ehtiyacı yaranıb. Bu xəstələrin sağaldıqdan sonra 36 faizi ümumi əzginlikdən və təngnəfəslikdən əziyyət çəkdiyi, 17 nəfərin isə döş qəfəsində yüngül ağrıların olduğu müəyyən olunub".
Tibb elmləri doktoru vurğulayıb ki, tədqiqata daxil olan xəstələrin heç birində öncədən ürək çatışmazlığı və kardiomiopatiya olmayıb:
"Müayinələrdən sonra bu xəstələrin 60 faizində iltihabın müxtəlif mərhələdə olan fəsadlarına ürək əzələsində və perikartda rast gəlinib. Bundan əlavə tədqiqatın maraqlı nəticəsindən biri də odur ki, koronavirusa yoluxan bütün xəstələrin ürəyinin funksiyasına baxılıb və məlum olub ki, virusu keçirən insanların ürəyinin funksiyası virusu keçirməyən başqa kontrol qrupla müqayisədə aşağıdır".
"Ümumiyyətlə, tədqiqat bizə onu deməyə əsas verir ki, insanlar COVID-19-u yüngül keçirmələrinə baxmayaraq, uzunmüddət ürək və damar sahəsində çalışan həkimin nəzarətində olmalıdırlar və ürəkdə ola biləcək yuxarıdakı dəyişikliklərə görə də kardioloqlar tərəfindən mütəmadi olaraq müayinələr aparılmalıdır. Bunu mən hələ dörd ay bundan əvvəl elmi yazılarımda da bildirmişdim ki, COVID-19 virusu bu xəstəliyin necə keçməsindən asılı olmayaraq ürəkdə müəyyən təsirlər qoymaq potensialına malikdir və buna görə də ürək həkimləri maksimum diqqətli olmalıdırlar. Artıq bu təsirlər elmi tədqiqatlarla da bir daha sübut edildi. Yekun nəticə isə odur ki, virusu yüngül keçirənlər heç də bu günə qədər deyildiyi kimi xəstəliyi fəsadsız keçirmir. Onların ürəklərində müəyyən problemlər yaranır ki, bu da gələcəkdə ağır nəticələrə və hətta ölümə belə gətirib çıxaracaq aritmiyalara səbəb ola bilər. Ona görə də "virusu yoluxsam da, cavan yaşdayam və yüngül keçirəcəm" deyə, düşünmək düzgün deyil, maksimum dərəcədə qorunmaq lazımdır ki, virusa yoluxma ümumiyyətlə baş verməsin. Bunun üçün də qoyulan qayda-qanunlara riayət etmək mütləqdir" - deyə N.Abdullayev bildirib. (Trend)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










