COVID-19 və qorxu psixologiyasi

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:
- İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın buna özünü psixoloji tərəfdən hazırlamasıdır.
- Ümumdünya Səhiyyə Təşkilatı qurumundan məlumatlarla tanış olun. Yalnız faktlara və təsdiq edilmiş informasiyalara etibar edin.
- Qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Hər kəs nə qədər dövlət tərəfindən qoyulduğu qaydalara riayət edərsə, bir o qədər təhlükəsizlik olacaqdır.
Uşaqlarınızla ünsiyyət qurun. Koronavirusun xəbər yayımını yaşa uyğun məlumatlarla müzakirə edin. Valideynlər uşaqları gündəlik və cədvəllərə yönəltməklə sıxıntıları aradan qaldırmağa kömək edə bilərlər.
Unutmayın ki, uşaqlar bu müddət ərzində öz hisslərinizi necə idarə etməyinizə dair davranışlarınızı və duyğularınızı müşahidə edəcəklər. Təlaşlı davranışlar azyaşlı uşaqları qorxuda bilər və gələcəkdə travmalara səbəb ola bilər.
- Mütəxəssisdən kömək ala bilərsiniz. Həddindən artıq bir əsəbilik, uzanan kədər, iş fəaliyyətinə və ya insanlararası münasibətlərə mənfi təsir göstərən digər uzunmüddətli reaksiyalar hiss edən insanlar psixoloq və psixoterapevtlərlə məsləhətləşə bilərlər. (dushunce.az)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










