Daha 400 Azərbaycan vətəndaşı vətənə qayıdıb

Azərbaycan vətəndaşından ibarət 400nəfərlik qrup sentyabrın 1-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.
“Report” xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının “Instagram” səhifəsində dərc olunan məlumatda deyilir.
“Azərbaycan tərəfi Kullardakı çadır düşərgəsindən vətənə qayıda biləcək insanların buraxılış sayını artırıb. Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində olan qonşu ölkənin vətəndaşları hər həftənin çərşənbə axşamı günləri qrup halında evlərinə göndərilir. Sentybarın 1-də daha 400 Azərbaycan vətəndaşı vətənə yola salınıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycana qayıdan vətəndaşların axını tədricən azalır, vətənə qayıdanların siyahısı gözləmə qaydası nəzərə alınaraq tərtib olunur.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











