Daha 62 “MilliÖn” ödəmə terminalı “BakıKart” sisteminə inteqrasiya olunacaq

Bakı Nəqliyyat Agentliyi “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayını artırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir.
"Bu çərçivədə “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1 354-ə çatdırılıb. Əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər", - BNA bildirir.
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR











