Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir

Vyetnam yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq uçuşları mərhələli şəkildə bərpa etməyə qərar verib. Hökumətin qərarına əsasən, ilkin olaraq son 30 gündə virusa yoluxma halı qeydə alınmayan və yaxud çox az sayda yoluxma faktı aşkarlanan ölkələrlə beynəlxalq uçuşlar bərpa olunacaq. Bu ölkələr arasında Çin, Yaponiya, Cənubi Koreya, Laos, Kamboca və s. var.
Vyetnamda pandemiya ilə bağlı vəziyyət ürəkaçandır. Belə ki, 95 milyon əhalisi olan ölkədə COVID-19 infeksiyasına cəmi 332 yoluxma qeydə alınıb. Son 50 gündən çoxdur yeni növ koronavirusa yoluxma baş verməyib.
Qeyd edək ki, Vyetnam pandemiya ilə əlaqədar martın 22-də öz sərhədlərini əcnəbilər üçün bağlayıb, martın 25-də isə bütün beynəlxalq sərnişin təyyarəsi uçuşlarını dayandırıb. (Modern.az)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











