Daha bir restoran səkini zəbt etdi - FOTO

Bakı şəhərində restoranların səkiləri zəbt etməsi, bəzən də avtomobil yoluna çıxması kimi hallar ilə son vaxtlarda tez-tez rastlaşılır.
"MediaPost" xəbər verir ki, belə bir hal bu dəfə Nərimanov rayonunda müşahidə olunub. Paylaşılan fotoşəkillərə əsasən restoran piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edib.
Mahmud Mahmudov adlı Bakı sakininin sözlərinə görə, Əhməd Rəcəbli və Albert Aqarunov küçələrinin kəsişməsində quraşdırılan restoran verandasının eni nə az, nə çox, düz 7 metrdir: "Lakin bu azmış kimi, səkiyə yarım metrlik pilləkən də çıxarılıb. Daha əvvəl bu ünvanda “Keyfi-Dəm” restoranı yerləşib. Təmir-quraşdırma işləri isə yeni fəaliyyətə başlayacaq restorana görə aparılır".
Sosial şəbəkədə yer alan şikayətlərə əsasən, hazırda şəhərin mərkəzində olduğu kimi, mərkəzdən kənarda da səkilər və parkinqlər əraziləri kafe və restoranların qarşısında verandaların quraşdırılması nəticəsində ensizləşdirilir.
Qeyd edək ki, analoji problem Bakının mərkəzi küçələrindən biri olan Əziz Əliyev küçəsində yaşanmışdı. Belə ki, burada yerləşən "Dolce Vita" restoranı səkini zəbt etməklə bərabər avtomobil yoluna da çıxmış, Bakı Nəqliyyat Agentliyinin məsələyə müdaxiləsindən sonra mövcud problem həllini tapmışdı.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA














