Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO
Gündəm
17 Aprel 2021 21:33

İkinci Qarabağ Müharibəsi şəhidi Sarvan Əli oğlu Mirzəyevin övladı dünyaya gəlib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn şəhidin övladı bu gün Biləsuvar rayonuna yola salınıb.
Şəhidimizin ilk övladı olan qızına Sarvanə adı verilib.
Qeyd edək ki, xüsusi təyinatlı qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı olan Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, ailəsi sonradan Biləsuvar rayonuna köçüb.
Vətən Müharibəsinin ən son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş S.Mirzəyev döyüşlərdə şücaətinə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Oxunub : 1002
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
ŞƏRH YAZ












