Daha üç texniki sahə yenidən qurulub - FOTO

"Nərimanov" elektrik deposunda aparılan yenidənqurma tədbirlərinin mühüm tərkib hissəsi qatarlara texniki-baxış sahəsinin müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Burada depo istismara verildiyi 1966-cı ildən irihəcmli təmir-bərpa işləri aparılmayıb.
Avtosfer.az-ın məlumatına görə məlumdur ki, qatarların baxışı və təmiri əsasən, vaqonaltı avadanlıqlarla bağlı olur. Bu səbəbdən yenidənqurma tədbirləri, ilk növbədə, əmək şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təmir nəticəsində qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmir daha səmərəli təşkil olunmaqla, keyfiyyətin artırılmasına da nail olunur.
Yenidənqurma işləri çərçivəsində daha üç qanov bütün müasir texniki-normativ tələblər də nəzərə alınmaqla yenidən qurulub. İşlərin ilkin mərhələsində qanov yolları sökülüb. Müasir tələblərə uyğun, yeni beton özül qurulub, qanovların dərinliyi normativ göstəricilərə uyğunlaşdırılıb. Burada yolun üstquruluş elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib.
Təmir zamanı elektrik xətləri və işıqlanma, həmçinin drenaj sistemi yenilənib. Qanovların döşəmə və divarları suvanaraq rənglənib.
Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizm quraşdırılıb. Hər iki başda quraşdırılmaqla baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub.
Daha üç qanovun istismara verilməsi ilə deponun qatarlara baxış sahəsini iki fərqli prizmadan əyani qiymətləndirmək də mümkündür. Bir tərəfdə köhnə, digər yanda isə yeniləşmiş qanovlar sahəyə müqayisəli nəzər salmağa və yeniləşmənin vüsətini və keyfiyyətini müəyyənləşdirməyə kömək edir. Bütün bunlara əsasən, yaxın gələcəkdə bu sahənin zahiri görünüşünün də tamamilə dəyişəcəyi qənaətinə gəlmək mümkündür.
Qanovlara giriş sahəsi də büsbütün dəyişir. Təyinatına uyğun olaraq, qanovların ön hissəsinin yol yatağı, depo və park yolları kimi, çınqıllı ballast bünövrə üzərində qurulur. Bura dəmir-beton şpallar düzülür. Yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir.
Deponun texniki-baxış sahəsində növbəti üç qanovun mərhələli yenidənqurma işləri başlanıb.
Gültən
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?


















