DANX: "Azərbaycanda sərnişin daşınması üzrə sıxlıq azalıb"

“Hazırda Azərbaycanda sərnişin daşıması üzrə sıxlıq müşahidə edilmir”.
Avtosfer.az xəbər verir ki, bunu “Report” a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
"Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişindaşımada sıxlıq müşahidə edildiyini açıqlamışdıq. Lakin artıq bu regionlarda sərnişin daşınması üzrə sıxlıq 80-% ə qədər azalıb. DANX digər aidiyyatı qurumlarla birgə regionalarda icazəsi olan sərnişinlərin daşınmasına şərait yaradır”, - deyə o, qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, hazırda sərnişin sıxlığı Bakı və Sumqayıt şəhərləri arasında müşahidə edilir: “Bunun da tənzimlənməsi üçün DANX-ın müfəttişləri dayanacaqlarda xidmətdədirlər və bir-bir avtobusların salonlarında sərnişinlərin icazələrinin olub-olmamasını yoxlayırlar”.
Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.
Gültən
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












