DANX müraciətin sayını açıqladı - Fərqlənmə istəyənlər çox olub

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 012 566 52 58 nömrəli operativ xəttinə 2020-ci ilin mart ayından bu günə qədər ümumilikdə 5980 zəng daxil olub. Bu barədə Avtosfer.az-a DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, zənglərin ümumi məzmunu fərqlənmə nişanı əldə etmək üçün tələb olunan sənədlərin siyahısı və ödənilən dövlət rüsumları, ölkə üzrə yükdaşıma xidməti göstərmək üçün tələb olunan icazə vərəqəsini əldə etmək üçün hansı qaydaların mövcud olduğu, işə qəbul proseduru, şəhərlərarası istiqamətdə taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün fərqlənmə nişanını necə və hansı qurumdan əldə etməyin mümkünlüyü, Bakıya giriş məhdudiyyətinin aradan qalxacağı müddət, rayon qeydiyyatında olanların Bakıya hansı tarixdə geri qayıda biləcəkləri,
Xüsusi Karantin rejimi dövründə şəhərlərarası sərnişindaşıma fəaliyyətində taksilərin xidmətindən istifadəyə dair iznin şərtləri, şəxsin özü rayon qeydiyyatında olduğu halda, avtonəqliyyat vasitəsi Bakı qeydiyyatındadırsa, Bakı şəhərinə gəlmək üçün hansı məhdudiyyətlə üzləşə biləcəyi, ölkə üzrə yükdaşıma fəaliyyəti göstərmək üçün postlarda hərəkətin məhdudlaşdırılması ilə bağlı problemlə qarşılaşa biləcəkləri, Xüsusi Karantin rejimində taksi xidməti göstərmək üçün elektron portaldan icazə almağın qaydaları, fərqlənmə nişanı əldə etmək üçün sosial sığorta ödənişinin məbləği, Bakı-Sumqayıt istiqamətində avtobusların fəaliyyəti, ölkədaxili yükdaşıma fəaliyyəti göstərmək üçün fərqlənmə nişanını bir illik əldə etməyin mümkünlüyü, taksi fəaliyyəti üzrə gediş haqlarının tarif şurasının qərarına uyğun təyin olunması prosesinin reallığa uyğun olub-olmadığı, hüquqi şəxslər və fərdi sahibkarların sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə təsərrüfat ehtiyaclarının ödənilməsi üçün öz işçilərinin və yüklərinin daşınması üçün tələb olunan xüsusi razılıq üçün sənədlərin məzmunu, şəxsin Icazə.e-gov.az elektron portalında icazəsi olub-olmadığına dair məlumat, ölkə üzrə elektron portalda hərəkətinə icazə varsa, bu halda ölkə üzrə taksi xidməti göstərməyin mümkünlüyü, yeni fəaliyyətə başlamış taksi sürücülərinin Karantin rejimində xidmət göstərə bilmələri üçün zəruri prosedurlar və ölkə üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün 2 əmsalı üzrə fərqlənmə nişanını əldə etməyə iznin olması barədə olub.
Eyni zamanda müəyyən marşrut xətləri üzrə avtobusların ümumi durumu və intervalın çox olmasına dair şikayətlər və aidiyyatı üzrə qurumun səlahiyyətləri xaricində olan məsələlərə dair sorğular da bu müddət ərzində cavablandırılıb.
Fərid
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










