Daşaltı şəhidlərinin məzarı ziyarət olunub - FOTO

Daşaltı əməliyyatının 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.
“Report” xəbər verir ki, müharibə veteranları, Daşaltı əməliyyatında şəhid olanların yaxınları və məktəblilər 1992-ci il yanvarın 25-26-da Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad olunub.
Daşaltı şəhidi Elman Camalovun qohumu Sevda Fətullayevanın sözlərinə görə, E.Camalov müharibəyə könüllü gedib:
“Elman çox vətənpərvər idi, vətənini sevirdi. 44 günlük Vətən müharibəsinə qədər hər ilin bu günü ürəyimdə qəribə bir nisgil yaranırdı. Amma zəfər qazanılanda, Şuşamız azad ediləndə sanki rahatlıq tapdım. Elman mənə öz qardaşım qədər doğma idi. Bu gün daha rahatam ona görə ki, həm Elmanın, həm də onun kimi şəhid olan digər oğulların qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür. Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












