"Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir" - EKSPERT

Ölkəmizdə koronavirusun kütləvi şəkildə yayılmasının qarşı almaq məqsədilə profilaktik tədbirləin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyi də sərnişindaşıma ilə məşğul olan şirkətlərə müvafiq tapşırıqlar verib.
Avtosfer.az xəbər verir ki, “MediaPost”a danışan yol-nəqliyyat eksperti İlqar Hüseynli paytaxtda sərnişindaşımada aparıcı rol oynayan avtobusların dezinfeksiyasının əhəmiyyətini vurğulayıb:
“Epidemiya o vaxt aradan qaldırılır ki, virus əleyhinə kütləvi tədbirlər həyata keçirilsin. Virusun uzunömürlülüyündən asılı olmayaraq dezinfeksiya məhsulları vasitəsilə onları öldürmək mümkündür. Koronavirus hava-damcı yolu ilə yayıldığına görə digər obyektlərlə yanaşı, ictimai nəqliyyatda da dezinfeksiya aparılması çox vacibdir. Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir. Lazımi profilaktik tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq lazımdır”.
Ekspert dezinfeksiya işlərinin həyata keçirilməsi üçün daşıyıcı şirkətlərin texniki və fiziki imkanlarının yetərli səviyyədə olmasının vacibliyinə diqqət çəkib:
“Yəni bu məsələyə fövqəladə hal kimi yanaşmaq, prosesə çoxlu sayda insan cəlb etmək lazımdır. Daşıyıcı şirkətin içilərinin sayı azdırsa, dezinfeksiya işlərini qısa müddətdə başa çatdıra bilməz.
Dezinfeksiya işləri ilə məşğul olan xüsusi idarədəki işçilərin də sayı bu tədbirlər üçün kifayət etmirsə, müəssisələr və daşıyıcı şirkətlər xüsusi aparatlarla təmin oluna bilər. Bu aparatların təlimat qaydalarını başa salaraq avtobuslarda dezinfeksiya işlərini sürətləndirmək mümkündür. Əks halda bu tədbirləri qısa müddətdə həyata keçirmək olmayacaq”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












