Daşıyıcı şirkətlərlə bağlı sürücü-sərnişin narazılıqlarının səbəbi nədir? - RƏY

Özəl daşıyıcı şirkətlərə məxsus marşrut xətləri ilə bağlı zaman-zaman müxtəlif problemlər ortaya çıxır. Bəzi hallarda sürücü-sərnişin narazılıqları, hətta qəza şəraitlərinin yaranmasının şahidi oluruq. Belə ki, bu marşrut xətlərinin sürücülərindən müntəzəm olaraq şikayət eşitmək mümkündür. Bəs problemin kökü nədir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirdi ki, daşıyıcı şirkətlər ilə sürücülər arasında yaranan münasibət məcburi xidmətdən yarananır:
"Daşıyıcı şirkətlərdə işlə təmin olunan avtobus sürücüləri iş yerlərini itirməmək üçün şirkətin bütün tələblərinə razı olurlar. Beləliklə, çətinliklərə və ağır şərtlərə dözürlər. Bilirsiniz ki, Əmək Məcəlləsində həftəlik iş rejimi hər gün üzrə 8 saat olmaqla 40 saat müəyyən olunub. Lakin işini itirmək istəməyən sərnişindaşıma kateqoriyasına malik sürücülər daşıyıcı şirkətlərin tələbi ilə gün ərzində 8 saatdan artıq işləmək məcburiyyətində qalırlar. Avtobus sürücüləri ən azı bir gün fasilə ilə işə çıxmalıdır ki, o, növbəti gün tam istirahət etmiş və dincəlmiş şəkildə xidməti həyata keçirə bilsin. Sözsüz ki, sürücü istirahət etmədikdə və gündəlik xətdə olduqda yorğun və fikirli olur. Bu da qəzaların yaranmasına və qəza sayının artmasına ciddi şəkildə təsir edir. Lakin təəsüf ki, əksər daşıyıcı şirkətlərdə bu qaydalara əməl olunmur".
Ekspert daşıyıcı şirkətlərin heç bir təlim keçməyən sürücüləri aşağı əməkhaqqı ilə işə götürdüklərinə də diqqət çəkib: "Daşıyıcı şirkətlər davranış qaydaları ilə bağlı təlim keçməyən sürücüləri aşağı əmək haqqı ilə işə cəlb edir. Bununla bağlı da ciddi problemlər ortaya çıxır. Məsələn, digər daşıyıcılardan fərqli olaraq "Bakubus" xidmət qaydaları ilə bağlı təlim keçmiş sürücülərlə təmin olunub. Lakin bütövlükdə özəl daşıyıcı şirkətlərdə sərnişindaşıma ilə məşğul olan sürücülərin ümumi xidmət səviyyəsi, eləcə də, şirkətlər tərəfindən onlara münasibət qənaətbəş deyil. Bu problem aradan qaldırılmalıdır. Eləcədə, hazırda sürücülük ilə bağlı olan peşə təlim mərkəzləri aşağı səviyyədədir və təlimlər rüşvətlə başa çatdırılır. Bu kimi situasiyalar aradan qaldırılmalı, sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına görə daha çox insanlar peşə təhsilinə cəlb edilməlidir"
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










