Daşkəsəndə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTO

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan TOZ markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edərək götürüblər.
Keçirilən digər tədbirlər nəticəsində isə vətəndaşdan səkkiz ədəd əl qumbarası, 200 ədəd “Kalaşnikov” pulemyotuna məxsus 7.62 mm-lik patron, bir ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Bundan başqa, şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları mütəmadi profilaktiki söhbətlərin nəticəsində rayon sakini Elfaq Abbasov babasından qalma iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngini polisə könüllü təhvil verib.
Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












