Daşkəsəndə törədilmiş qətlin bəzi təfərrüatı məlum olub

Daşkəsən rayonunun Əhmədli kəndində baş vermiş qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Axşam saatlarında rayonun Əhmədli kəndində 24 yaşlı Elgün Eşlah qızı Abasova ata nənəsinin evində qətlə yetirilib. Azyaşlı övladı (oğlan) olan qadın əvvəllər ailəli olub. O, boşandıqdan sonra nənəsi ilə birgə yaşayıb.
Qadını qətlə yetirməkdə şübhəli bilinən 20 yaşlı qardaşı Elvin Elşah oğlu Abbasov bacısının başından odun parçası ilə vurub. Onun öldüyünü gördükdən sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bacısını qətlə yetirdiyini bildirib.
Ailə kənddə fərdi təsərüfatla məşğul olub və bu günə qədər hər hansısa bir ciddi mübahisələri barədə eşidilmədiyi bildirilir.
Qeyd edək ki, qətlə yetirilən qadının atası Elşah Abbasov da polisə zəng vuraraq qızını öldürdüyünü bildirib. Lakin onun oğlunu qorumaq məqsədi ilə bu addımı atdığı güman edilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, Elvin Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. ("Report")
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












